Союз Казаков-Воинов России и Зарубежья Загрузка

Rusiya xüsusi plan hazırlayır – VİDEO

Опубликовано От Пресс Служба

Ölkədə 300 milyard rubl həcmində anti-böhran fondu yaradılacaq

Martın 16-da Rusiya Federasiyasının hökümət başçısı, baş nazir Mixail Mişustin, müavinləri ilə keçirdiyi operativ görüşdə koronavirusun yayılmasının iqtisadi nəticələri ilə bağlı anti-böhran planının hazır olduğu barədə açıqlama verib. Mişustin qeyd edib ki, 300 milyard rubl həcmində anti böhran fondu yaradılacaq. Fond əhali, bölgələr, dövlət şirkətləri və biznesin dəstəklənməsi istiqamətində tədbirlər görəcək.

“Rusiya Federasiyasında ölkə rəhbərliyi və hakimiyyət orqanları tərəfindən koronavirusun yayılmasının qarşısını almaq üçün və vətəndaşlarımızın qorunduğunu göstərmək üçün maksimal şərait yaradılıb. Bununla bərabər iqtisadiyatımızın müxtəlif sahələrinə dəstək verilir, biznesə dəstək verilir, müxtəlif sosial fəaliyyətlə məşqul olan qurumlara dəstək verilir. Biz bilirik ki çoxları koronavirusla bağlı panika yaratmaq istəyir, onların təxribat xarakterli atdımları insanlara mənfi təsir esir. Bu vəziyyətin ağırlaşması ilə nəticələnə bilər. Çox vacibdirki, koronavirusla bağlı yayılan məlumatlarda bu məqamlar olmasın”, deyə rusiyali politoloq Anton Bredixin deyib.

Qeyd edəkki, koronavirus epidemiyasının yayılması ilə bağlı, Rusiya Belarusla sərhədi bağlamaq qərarına gəlib.Baş nazir Mixail Mişustin koronavirusla bağlı sərhədlərin müəyyən müddətə bağlanması zəruri olduğunu açıqlayıb. O bildirib ki, Rusiya ilk növbədə koronavirusun kütləvi yayılmasını önləməyə çalışır.

Источник: https://www.realtv.az/news/az/41921/rusiya-xususi-plan-hazirlayir-video